"Temu" şirkətinin qurucusu Çinin ən zəngin insanı seçilib

10
Avq
02:54
thumb_down 0

"Pinduoduo" və onun törəmə şirkəti "Temu"nun yaradıcısı Kolin Huan Çinin ən varlı insanı seçilib.

seher.media xəbər verir ki, bunu "Bloomberg Billionaires Index"in (BBI) məlumatları sübut edir.

Milyarderin 2024-cü il avqustun 9-na olan sərvəti 48,6 milyard dollar olaraq qiymətləndirilir.

Bundan əvvəl, üç ildən artıqdır ki, ÇXR-in ən varlı adamı adı Çjun Şanşana məxsus idi. Sahibkar "Nongfu Spring" qablaşdırılmış suyu sataraq sərvət qazanıb. Hazırda onun aktivləri 47,4 milyard dollar dəyərində qiymətləndirilir.