İmişlidə zəncirvari avtomobil qəzası: Xəsarət alanlar var

10
Avq
13:54
thumb_down 0

İmişli rayonunda üç nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Göbəktala kəndində qeydə alınıb.

Belə ki, qəza zamanı "Mercedes", VAZ-2106 və VAZ-2107 markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində iki nəfər - Elmdar Savalanov və Ədalət Əmrahov xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.