İranın yeni seçilən prezidenti Məsud Pezeşkian Hüseyn Afşini texnologiya, iqtisadiyyat və fundamental elmlər üzrə vitse-prezident təyin edib.
seher.media bu barədə İran KİV-nə istinadən xəbər verir.
Qeyd edək ki, H.Afşin 1981-ci ildə İranda anadan olub. O, maşınqayırma üzrə doktorluq dərəcəsinə malikdir və Şərif Texnologiya Universitetində müəllimdir.