Vətən müharibəsi iştirakçısı iki gündür tapılmır: Avtomobili kanaldan çıxarılıb

10
Avq
19:18
thumb_down 0

Avqustun 9-da Sumqayıt şəhəri, "Stansiya Sumqayıt" adlanan ərazidə ilkin ehtimala görə içərisində bir nəfərin olduğu avtomobilin Taxtakörpü su kanalına düşməsi ilə əlaqədar əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.

seher.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hazırda batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Abusət Xanlar oğlu Əliyevin axtarışları dalğıc-xilasedicilər tərəfindən fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Samur-Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb.

"Report"un yerli bürosu məlumat verir ki, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb.

Avtomobil sudan çıxarılsa da, Abusət Əliyev tapılmayıb. Axtarışlar davam edir.

Qeyd edək ki, A.Əliyev 44 günlük Vətən müharibəsi iştirakçısıdır.