Türkiyədə meşələr yanır

11
Avq
02:18
thumb_down 0

Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları tüğyan edir.

seher.media Haber Global-a istinadən xəbər verir ki, Manisanın Salehli, Yozgatın Çekerek və İzmirin Urla rayonlarında baş verən meşə yanğınlarına havadan və qurudan müdaxilə edilir.

Yanğınların aradan qaldırılması üçün iki təyyarə, üç helikopter, 15 su maşını, iki buldozer və digər texnika cəlb edilib.