Londonda sirli rəssamın yeni əsəri peyda oldu

11
Avq
11:18
thumb_down 0

Küçə rəssamı Benksinin yeni əsəri London küçələrində peyda olub.

seher.media mk.ru-ya istinadən xəbər verir ki, Krikvud ərazisindəki binalardan birinin üzərinə həkk olunmuş pişiyin təsviri dərhal yoldan keçənlərin və küçə sənəti həvəskarlarının diqqətini cəlb edib.

Bu qrafitinin müəllifliyi hər kəs üçün sirr olaraq qalan rəssamın özü tərəfindən təsdiqlənib.

Rəssam sosial şəbəkədə yeni əsərlərini paylaşıb. O, həmişəki kimi heç bir qrafitisini izahatla müşayiət etməyib.