İrəvanda yük maşını avtobusla toqquşdu: Çox sayda yaralı var

11
Avq
13:36
thumb_down 0

Ermənistanda "KamAZ" markalı yük maşını, "Man" markalı şəhər avtobusu və "Toyota Corolla" markalı minik avtomobili toqquşublar.

seher.media "Sputnik"ə istinadən xəbər verir ki, İrəvanda baş verən qəza nəticəsində 20 nəfər xəsarət alıb.

Qeyd olunub ki, taxıl daşıyan yük maşını aşıb.

"İlkin məlumatlara görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan 20 zərərçəkən tibb məntəqəsinə yerləşdirilib", - Ermənistan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Qəzanın səbəbləri araşdırılır.