Almaniyada 250 kiloqramlıq bomba tapıldı: Mindən çox sakin təxliyə edildi

11
Avq
20:18
thumb_down 0

Dortmundda (Almaniya) İkinci Dünya müharibəsi zamanı partlamamış mərmi aşkar edilib. Bundan sonra ərazidən 1300-ə yaxın insan təxliyə edilib.

seher.media bu barədə şəhər administrasiyasının saytında dərc olunmuş məlumatda deyilir.

Parklardan birinin ərazisində tikinti işləri aparılmazdan əvvəl qoruyucu ilə birlikdə ABŞ istehsalı olan 250 kiloqram ağırlığında bomba aşkar edilib. Partlayıcı sursatların zərərsizləşdirilməsi xidmətinin əməkdaşları təhlükəli tapıntıya baxış keçirib və onu zərərsizləşdirmək qərarına gəliblər.

Təxliyə edilənlər arasında iki qocalar evinin 300-ə yaxın sakini də var. Zərərsizləşdirmə əməliyyatının nə qədər davam edəcəyi hələlik məlum deyil.