KİV: "İran bir neçə gün ərzində İsrailə hücum edə bilər"

12
Avq
00:54
thumb_down 0

İran Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum etmək qərarına gəlib.

seher.media xəbər verir ki, bu barədə "Axios" İsrail kəşfiyyat xidmətlərinə istinadən məlumat verib.

"İsrail kəşfiyyat xidmətlərinin yenilənmiş qiymətləndirməsinə əsasən, İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum etmək qərarına gəlib və bu, 15 avqustda baş tutmalı olan girov danışıqlarından bir neçə gün əvvəl baş verə bilər", - o, "X" hesabında yazıb.

Yaxın Şərqdə vəziyyətin yenidən kəskinləşməsinə HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü səbəb olub. O, iyulun 31-də İran Prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün getdiyi Tehranda öldürülüb. Bundan sonra İran hakimiyyəti İsraili Haniyənin qətlində günahlandırıb və İsraili cavab tədbirləri ilə hədələyib.