Onkoloji xəstə olan Keyt Middlton və şahzadə Uilyam yeni videoçarxa çəkilbilər

12
Avq
04:18
thumb_down 0

Səkkiz aydır xərçənglə mübarizə aparan Uels şahzadəsi Ketrin Fransanın paytaxtı Parisdə 2024-cü il Olimpiadasının başa çatması münasibətilə əri şahzadə Uilyamla birlikdə Britaniya komandasına müraciət edib.

seher.media xəbər verir ki, müvafiq video Kensinqton sarayının "Instagram" səhifəsində yerləşdirilib.

Kadrda nəzərəçarpacaq dərəcədə arıqlayan Keyt kameraya gülümsəyir və Britaniya idmançıları ilə necə fəxr etdiyini deyir. Keyt üzündə ciddi xəstəliyin nəticələri: sallanan dəri və yeni qırışları gizlədə bilməyən yüngül makiyajdan istifadə edib.

Həmçinin, şahzadə Uilyamın da dəyişikliyi ictimaiyyəti təəccübləndirib. O, kadrda üzü tüklü görünüb.

Videoda idmançılara müraciət edənlər arasında futbolçu Devid Bekhem, eləcə də məşhur britaniyalı teleaparıcılar, aktyorlar və digər məşhurlar var.

Keyt və Uilyam son həftələri üç övladı ilə birlikdə ictimaiyyətə çıxmadan keçiriblər. Onların Parisdəki Olimpiadaya gələcəkləri barədə şayiələr yayılmışdı, lakin bu baş vermədi.

Onkoloji xəstə olan Keyt Middlton və şahzadə Uilyam yeni videoçarxa çəkilbilər

Onkoloji xəstə olan Keyt Middlton və şahzadə Uilyam yeni videoçarxa çəkilbilər