Ermənistanda zəlzələ baş verib

12
Avq
06:54
thumb_down 0

Ermənistanda 4,2 maqnitudalı zəlzələ olub.

seher.media Aralıq Dənizi Seysmoloji Xidmətinin məlumatına istinadən bildirir ki, zəlzələ ocağı İrəvandan 49 km aralı, Geqarkunik vilayətinin Yeranos yaşayış məntəqəsində yerləşib.

Yerli vaxtla saat 02:02-də (Bakı vaxtı ilə eyni saatda) qeydə alınan zəlzələ 10 km dərinlikdə olub.

Dağıntı və itki barədə məlumat verilmir.