"Hizbullah" Beyrutda yerləşən qərargahını boşaldıb

12
Avq
14:36
thumb_down 0

Livanın hərbiləşdirilmiş təşkilatı "Hizbullah" paytaxt Beyrutun Dahiyə rayonunda yerləşən qərargahını tamamilə boşaldıb.

seher.media xəbər verir ki, bu barədə Livan mətbuatı xəbər yayıb.

Mənbə iddia edir ki, bununla "Hizbullah" ən pis ssenariyə hazırlaşır və İsraildən qisas almaqda israrlı olduğunu nümayiş etdirir.

Məlumat üçün əlavə edək ki, ötən ay Beyrutda "Hizbullah"ın yüksəksəviyyəli komandiri Fuad Şükrü raket hücumu nəticəsində öldürülüb. "Hizbullah" hücumda İsraili günahlandırıb və Fuad Şükrüyə görə qisas alacağını elan edib.