Yunanıstan alovlar içində: NASA peyklərdən Attikadakı yanğınların miqyasını göstərdi

12
Avq
15:54
thumb_down 0

Yunanıstanın xilasetmə xidmətləri paytaxtın Attika bölgəsində dünən günortadan başlayan yanğının yayılmasını dayandıra bilmir. Saatda 90 km-ə qədər əsən güclü küləklər və isti, quru hava buna mane olur. Alov paytaxt Afinaya doğru hərəkət edir.

seher.media-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə ölkənin yanğınsöndürmə xidmətindən xəbər verilib.

Bildirilib ki, yanğın yerinə azı 560 yanğınsöndürən, 177 nəqliyyat vasitəsi, 17 təyyarə və 15 helikopter ekipajının dəstəyi ilə 16 meşəçi qrupu cəlb olunub.

Məlumata görə, yanğın yaşayış məntəqəsində bir çox evi məhv edib. Bazar ertəsi yeddi yaşayış məntəqəsinin sakinlərinin təxliyəsi elan edilib.

Yerli media NASA peyklərindən çəkilmiş şəkillər əsasında hazırlanmış yanğın xəritəsini dərc edib.