Mingəçevir su anbarında boğulan 35 yaşlı şəxsin meyiti tapıldı

12
Avq
16:18
thumb_down 0

Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) seher.media-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Mingəçevir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mingəçevir su anbarında 35 yaşlı kişi boğularaq ölüb.

"Report"un məlumatına görə, 1989-cu il təvəllüdlü Sadiq Hüseynov Mingəçevir su anbarının Goranboy rayon ərazisində boğularaq ölüb.

Onun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.