Putinə Kurskla bağlı məruzə edildi: "28 yaşayış məntəqəsi Ukraynanın nəzarətində, vəziyyət ağırdır"

12
Avq
17:36
thumb_down 0

"Hazırda Kurskun 28 yaşayış məntəqəsi Ukrayna hərbçilərinin nəzarətindədir".

seher.media-ın RT-yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın Kursk vilayətinin qubernatoru vəzifəsinin müvəqqəti icraçısı Aleksey Smirnov ölkənin Ukrayna ilə həmsərhəd bölgələrində vəziyyətlə bağlı keçirilən müşavirə zamanı Prezident Vladimir Putinə məruzə edib.

"Hazırda regionda vəziyyət ağırdır. Bu gün üçün 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir", - deyə o, qeyd edib.

Smirnovun sözlərinə görə, bu zonada (28 yaşayış məntəqəsi zonasında) 2 minə yaxın insan var ki, hakimiyyət orqanları onların taleyindən xəbərsizdir. Həmçinin bölgədə təxliyə ediləcək 180 min insan var, 121 min nəfər isə oranı tərk edib və təxliyə edilib.

Aleksey Smirnov eyni zamanda vurğulayıb ki, bölgədə Rusiya vətəndaşı sənədlərinə sahib təxribat qruplarının fəaliyyət göstərdiyi ehtimal olunur:

"Təhlükə var ki, burada bizim geyimimizdə, bizim maşınlarımızda, bizim sənədlərimizlə təxribat qrupları fəaliyyət göstərir, ona görə də patrul xidmətini gücləndiririk".