Türkiyədə təlim təyyarəsi əkin sahəsinə məcburi eniş edib: İki nəfər xəsarət alıb

12
Avq
19:18
thumb_down 0

Türkiyədə özəl şirkətə məxsus ikinəfərlik təlim təyyarəsi mühərrikində yaranan nasazlıq səbəbindən məcburi olaraq əkin sahəsinə eniş etmək məcburiyyətində qalıb.

seher.media "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Çanaqqala bölgəsində baş verib. Hadisə nəticəsində pilot və onun yanında əyləşən sərnişin xəsarət alıblar.

Həkimlər onların xəsarətinin ciddi olmadığını qeyd ediblər.