Çində pavilyonda istirahət edən insanlar ildırımın vurması nəticəsində həlak olublar

13
Avq
02:54
thumb_down 0

Çinin şərqindəki Szyansu əyalətinin Çançjou şəhərində parkda yerləşən pavilyona ildırım düşməsi nəticəsində altı nəfər ölüb, 10 nəfər yaralanıb.

seher.media xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (China Central Television - CCTV) məlumat yayıb.

Qeyd olunur ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.