Türkiyədə əməliyyat: Dünyada minlərlə insanın şəxsi məlumatını terrorçulara satan şəbəkə çökdürüldü

13
Avq
14:36
thumb_down 0

Türkiyədə Ankara Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası altında, Jandarm Baş Komandanlığı və Milli Kiberhadisələrə Müdaxilə Mərkəzi ilə birlikdə kibercasusluq şəbəkəsinə qarşı birgə əməliyyat keçirilib.

Əməliyyat nəticəsində Türkiyə də daxil olmaqla, dünyada minlərlə insanın şəxsi məlumatlarını ələ keçirərək terror təşkilatlarına satan kibercasusluq şəbəkəsi çökdürülüb. Şəbəkənin üzvü olan 11 nəfər saxlanılıb.

MİT-in əldə etdiyi kəşfiyyat məlumatlarına görə, xaricdə də qolları olan kibercasusluq şəbəkəsinin bir çox ölkədən ələ keçirdikləri şəxsi məlumatları terror təşkilatları da daxil olmaqla, tələb edən hər kəslə paylaşdığı müəyyən edilib. Bu şəbəkənin xüsusilə terror təşkilatlarına həyati əhəmiyyətli məlumatlar ötürdüyü məlum olub.

Saxlanılan şəbəkə üzvləri həbsxanaya göndərilib, bir çox internet saytına giriş bloklanıb.

Məxfilik qərarı olan istintaqla bağlı araşdırmalar davam edir. Şəbəkəyə qarşı əməliyyatlar təkcə Türkiyə ilə məhdudlaşmayaraq, xaricdəki əlaqələri də araşdırılacaq.