Husilər Yəməndə BMT-nin İnsan Hüquqları İdarəsinin ofisini ələ keçiriblər

13
Avq
14:54
thumb_down 0

Husi qüvvələri Yəmənin paytaxtı Sənada BMT-nin Ali İnsan Hüquqları Komissarlığının (AİHK) ofisini nəzarətə götürüblər.

seher.media xəbər verir ki, bu barədə AİHK-nın rəhbəri Folker Türkün bəyanatına istinadən "RIA Novosti" xəbər verir.

Hücum zamanı ofisdə olan sənədlər və nəqliyyat vasitələri müsadirə edilib.

Folker Türkün sözlərinə görə, bu hadisə BMT-nin imtiyaz və immunitetlərinə tamamilə ziddir və BMT-nin öz mandatını, o cümlədən insan hüquqlarına nəzarət sahəsində yerinə yetirmək qabiliyyətinə ciddi hücumdur.

Hadisə avqustun 3-də baş versə də, bəyanat yalnız indi verilib. AİHK-nın rəhbəri hücum edənlərdən BMT missiyasının binalarını boşaltmağı və bütün əmlakı qaytarmağı tələb edib.

Xatırladaq ki, Yəmən 2014-cü ildən bəri vətəndaş müharibəsi ilə üzləşir. Ölkənin şimalında Husi qüvvələri hökumətə qarşı mübarizə aparır. BMT-nin məlumatına görə, münaqişə nəticəsində 377 min insan həlak olub, milyonlarla insan humanitar yardıma ehtiyac duyur. Beynəlxalq ictimaiyyət tərəfləri sülh danışıqlarına çağırsa da, vəziyyət gərgin olaraq qalır.