Sumqayıtda sərxoş halda sükan arxasında oturan sürücü sakini bıçaqla hədələyib?

13
Avq
15:36
thumb_down 0

Sumqayıt şəhərindəki məhəllələrin birində sərxoş vəziyyətdə sükan arxasında oturduğu iddia olunan sürücünün şəxsiyyəti müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən seher.media-a verilən məlumatda bildirilir ki, sözügedən şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib:

"Hazırda tərəflər arasında mübahisə araşdırılır".

Sumqayıt şəhərindəki məhəllələrin birində sərxoş vəziyyətdə sükan arxasında oturan sürücü avtomobili sürətlə idarə etdiyi üçün ona irad bildirən sakinə bıçaqla hədə-qorxu gəlib.

seher.media xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib:

"Bir nəfər yaşadığımız məhəllədə sərxoş vəziyyətdə, özü də sürətli maşın idarə edirdi. Maşını dayandırdım və xahiş etdim ki, asta sürsün, məhəllədə uşaq, ailə piyada gəzir, belə sürmək olmaz. Mənimlə söz güləşdirdi. "Niyə sərxoş maşın idarə edirsən?" deyəndə təhqiramiz söz işlətdi. Acıqla maşını arxaya verib, yenidən sürətli gəldi, bu dəfə də etiraz edəndə üstümə bıçaq çıxardı".

Vətəndaş ətrafda təhlükəsizlik kameralarının olduğunu da xüsusi vurğulayıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən seher.media-ın sorğusuna cavab olaraq bildirildi ki, məsələ araşdırılır:

"Nəticəsi barədə məlumat veriləcək".

Əzizə İsmayılova