Bakıda eyni ərazidə iki qəza baş verdi: Motosiklet yandı

14
Avq
14:36
thumb_down 0

Paytaxtın Nizami rayonunda, metronun "Koroğlu" stansiyasının yaxınlığında eyni anda iki qəza baş verib.

seher.media bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Qeyd olunur ki, motosiklet aşaraq yanıb, həmçinin, sərnişin avtobusu başqa bir avtomobillə toqquşub. Nəticədə ərazidə sıxlıq yaranıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehtiram Xəlilov hadisə ilə bağlı seher.media-ın sorğusuna cavab olaraq bildirib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar:

"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində motosikletdə baş vermiş yanğın qısa müddətdə söndürülüb. Xəsarət alan yoxdur".

Məhərrəm Əliyev