Almaniyada qalmaqal: Ölkənin böyük hərbi hava bazası bağlandı, təxribat şübhəsi var

14
Avq
17:54
thumb_down 0

Almaniyanın Köln şəhərində ölkənin böyük hərbi hava bazasının bağlanması səs-küyə səbəb olub.

Bu barədə seher.media "Aussiedlerbote.de" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, bazanın su təchizatında təxribat olduğundan şübhə edilir. Bu səbəbdən baza bağlanıb, əsgərlərə və mülki personala təcili və qəti şəkildə içməli su içməmək tövsiyə edilib. Təxribat şübhəsini bazanın hasarında tapılan dəlik də təsdiqləyir. Belə ki, su təchizatında yaranan problemlərdən sonra hasarda dəlik də aşkarlanıb.

Hərbi mühəndislər binaya baxış keçirirlər. Müstəntiqlər Köln-Van aviabazasındakı su təchizatı stansiyasında mümkün təxribat halını araşdırırlar və bunun Bundesverə qarşı yönəldiyi iddia edilir. Araşdırma üçün həmçinin su nümunələri də götürülüb.

Məlumatlara görə, artıq bazaya daxil olmaq və çıxmaq qadağan edilib. Polis bazanı mühasirəyə alıb və ərazidə bir neçə bölmə yerləşdirilib. Bölmələr arasında Bundesverin hava nəqliyyatı qanadı da var ki, kabinetin nazirlərinin və yüksəkrütbəli hökumət rəsmilərinin səyahətinə cavabdehdir.