Küçədə itə balta ilə işgəncə verən şəxs HƏBS OLUNDU

14
Avq
18:36
thumb_down 0

Binəqədi rayonunda itlə rəhmsiz rəftara görə saxlanılan şəxs həbs olunub.

seher.media-ın əldə etdiyi məlumata görə, 1982-ci il təvəllüdlü X.Muradov məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.

Qeyd edək ki, ötən gün Biləcəri qəsəbəsində "DSK yolu" adlanan ərazidə iti balta ilə döyməsi ilə bağlı görüntülər yayılmışdı.

Həmin şəxsin övladını it dişlədiyi və nəticədə övladının dünyasını dəyişdiyi iddia edilib.