Birinci Qarabağ müharibəsində itkin düşən mülki şəxs dəfn edildi

15
Avq
12:18
thumb_down 0

Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən Tahir Şirin oğlu Şirinov dəfn olunub.

seher.media xəbər verir ki, şəhid Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, eləcə də rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Tahir Şirinov 1959-cu il 23 avqust tarixində Beyləqan rayonunun 1-ci Şahsevən kəndində anadan olub. O, 1993-cü ilin 10 oktyabrında Birinci Qarabağ müharibəsində gedən döyüşlər zamanı Füzuli rayonu Şükürbəyli kəndində itkin düşüb. Onun qalıqları Füzuli rayonunun Bala Bəhmənli kəndindəki kütləvi məzarlıqda aşkar olunub.

Məhərrəm Əliyev