Rusiyanın ən böyük hərbi yük təyyarəsi müəmmalı şəkildə İrana eniş edib

15
Avq
19:18
thumb_down 0

Qeyri-rəsmi mənbələr Rusiyanın ən böyük hərbi yük təyyarəsi olan "An-124"ün Tehrana eniş etdiyini açıqlayıblar.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, "An-124" təyyarələri hətta qırıcıları daşımağa qadirdir. Qeyd olunur ki, bir neçə ay öncə həmin təyyarə İrana "Yak-130" təlim qırıcılarını çatdırıb.

Bildirilib ki, hələlik təyyarənin missiyası məlum deyil. Bundan öncə yüksəksəviyyəli Qərb rəsmiləri Rusiya ilə İran arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması barədə xəbərdarlıq ediblər.

Qeyd olunub ki, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra Qərb rəsmiləri vurğulayıblar ki, İran Rusiyaya "Fəth-360" raket sistemi göndərmək niyyətindədir və eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin İrana "Suxoy-35" qırıcı təyyarəsinin tədarükünə razılıq verəcəyi gözlənilir.