İran-Azərbaycan Birgə Texniki Komissiyasının iclası keçirilib

16
Avq
11:18
thumb_down 0

İranla Azərbaycan arasında "Xudafərin" və "Qız qalası" hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı sazişin müddəalarının həyata keçirilməsi məqsədilə İran-Azərbaycan Birgə Texniki Komissiyasının 13-cü iclası baş tutub.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, iclas İranın energetika nazirinin müavini Məhəmməd Cavanbəxt və Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanovun sədrliyi və hər iki tərəfdən nümayəndələrin iştirakı ilə keçirilib.

İclasda İran tərəfindən su bəndlərinin tikinti prosesinin davam etdirilməsi və qalan işlərin başa çatdırılması, eyni zamanda, qurğuların tikintisi üçün Azərbaycanın payına düşən vəsaitin İrana ödənilməsi ilə bağlı danışıqlar aparılıb.