Cəbrayılda aztonnajlı yük avtomobilləri istehsal ediləcək

16
Avq
12:36
thumb_down 0

"Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası"nda illik 100 ədəd "IVECO" markalı, aztonnajlı yük avtomobilləri istehsal ediləcək.

Müəssisənin inşasının bir il sonra yekunlaşdırılması nəzərdə tutulub. İstehsala və xidmətə 1 ildən sonra başlamağı planlaşdırırıq".

seher.media xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, avtomobillərin gələcək istehsalçısı "Az-Tex-İmport" MMC-nin təsisçisi Samir İbadullayev deyib.

O bildirib ki, müəssisədə təxminən 80 nəfər işlə təmin ediləcək.

Məhərrəm Əliyev