Məşhur türkiyəli aktyor vəfat etdi

17
Avq
10:18
thumb_down 0

Məşhur türkiyəli aktyor Aydemir Akbaş vəfat edib.

Bu barədə seher.media Milliyet.com.tr-yə istinadən xəbər verir.

Məlumata görə, uzun müddətdir ağciyər xərçəngi ilə mübarizə aparan aktyorun səhhətində qəfil problem yaranıb və evində huşsuz vəziyyətdə aşkarlanıb. Təcili olaraq xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Aydemir Akbaş 88 yaşında dünyasını dəyişib.

Sənətçinin ölüm xəbərini meneceri Özgür Aksoy sosial şəbəkədə açıqlayıb.

"Türk kinosunun qocaman çinarı, canımız, ustadımız Aydemir abimiz dünyasını dəyişdi. Acımız çox böyükdür. Allah məkanının cənnət etsin", - deyə o yazıb.

Həmçinin, İbrahim Tatlısəs də bununla bağlı "Instagram" hesabında paylaşım edib.

"45 illik dostum, böyük qardaşım Aydoşum, məkanın cənnət olsun", - deyə o qeyd edib.