İran prezidenti: "Bu gün xalq bizdən narazıdır, günahkarıq!"

17
Avq
11:36
thumb_down 0

İran parlamentinin plenar iclasının əvvəlində 14-cü hökumətin başçısı Məsud Pezeşkian təklif etdiyi Nazirlər Kabinetini müdafiə etmək üçün tribuna qarşısına keçib.

Bu barədə seher.media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Məsud Pezeşkian çıxışında ölkədə insanlara qarşı ədalətsiz rəftar edildiyinə toxunub.

"Bütün söhbət ədalətdən gedir. İnsanlar bu gün narazıdırlar və bu, ABŞ-nin deyil, bizim günahımızdır. Bununla belə, xalqa xidmət etmək lazımdır. İnsanlara heyvan kimi hücum edib onları parçalamaq olmaz", - deyə o bildirib.