Bakıda məşhur geyim dükanından unikal cavab: "Geyinmə otaqlarına kamera quraşdırılıb, amma..."

17
Avq
12:36
thumb_down 1

Bakının məşhur geyim dükanında soyunub-geyinmə otağına qoyulan kamera görənlərin təəccübünə səbəb olub.

seher.media xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd olunur ki, "New Yorker" geyim dükanındakı soyununb-geyinmə otağının düz üstündə kamera quraşdırılıb.

Məsələ ilə bağlı geyim dükanı ilə əlaqə saxladıq. Zəngimizi cavablandıran əməkdaş seher.media-ın sorğusuna cavab olaraq faktı təsdiqləsə də, açıqlaması bir qədər maraqlı oldu:

"Bəli, quraşdırılıb, amma o, geyinib-soyunanları çəkmir".

"Bəs nəyi çəkir?" sualımıza isə cavab ala bilmədik.

Əzizə İsmayılova