Zelenski Kursk döyüşlərindən danışdı

17
Avq
16:18
thumb_down 0

Ukrayna ordusunun Ali Baş komandanı Aleksandr Sırski Prezident Volodimir Zelenskiyə Kursk vilayətində mövqelərin möhkəmləndirilməsi və sabitləşdirilmiş ərazinin genişləndirilməsi barədə məruzə edib.

seher.media-ın verdiyi məlumata görə, bu barədə Zelenski özünün "Telegram" kanalında xəbər verib.

Dövlət başçısı bildirib ki, Sırski Toretsk və Pokrovsk istiqamətlərində vəziyyətin nəzarət altında olduğunu bildirib.

"Kursk vilayətində əməliyyata gəlincə. Bu səhər dövlətimizin mübadilə fondu üçün əlavələri var. Rusiyalı hərbçiləri əsir götürən, bununla da Rusiyanın əlində olan əsgərlərimizin, həmçinin mülki şəxslərin azad edilməsini yaxınlaşdıran bütün əsgərlərə və komandirlərə təşəkkür edirəm. General Sırski, həmçinin, Kursk vilayətində qüvvələrimizin mövqelərinin möhkəmləndirilməsi və sabitləşdirilmiş ərazinin genişləndirilməsi barədə məruzə edib", - deyə o bildirib.