Əfsanəvi sovet aviadaşıyıcı kreyseri Çində alovlara bürünüb

17
Avq
16:54
thumb_down 0

Çinin Şenjen şəhərində keçmiş sovet aviadaşıyıcı kreyseri "Minsk"də böyük yanğın baş verib.

seher.media-ın Nashaniva.com-a istinadla verdiyi məlumata görə, yanğın gəmidə təmir işləri aparılarkən başlayıb.

Bildirilir ki, alov sürətlə yayılaraq kreyserin böyük hissəsini əhatə edib.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Kadrlarda gecə başlayan yanğının qarşısını almağın hələ də mümkün olmadığı görünür.

Qeyd edək ki, "Minsk" 1972-ci ildə suya buraxılıb və 1993-cü ilə qədər SSRİ-nin Sakit Okean Donanmasında xidmət edib. Donanmadan çıxarıldıqdan sonra "Minsk" Cənubi Koreyaya istifadəyə yararsız gəmi kimi satılıb, lakin Çin şirkəti onu alıb və turistik məkana çevirib. Gəmi 2000-ci ildən bəri "Minsk World" əyləncə parkının əsas cəlbedici məkanı idi.

Əfsanəvi sovet aviadaşıyıcı kreyseri Çində alovlara bürünüb

Əfsanəvi sovet aviadaşıyıcı kreyseri Çində alovlara bürünüb