Goranboyda QƏZA: Xəsarət alanlar var

18
Avq
09:18
thumb_down 0

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA məlumatına görə, hadisə rayonun Goranboy-Goran yolunda qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusun qarşısına digər avtomobil çıxıb.

Nəticədə, idarəetmədən çıxan mikroavtobus yol nişanına çırpılıb.

Qəza zamanı dörd nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılara yardım edilib, daha sonra onlar evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.