Şəmkirdə yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb

18
Avq
10:18
thumb_down 0

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a bildirilib ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonundan keçən hissəsində 2000-ci il təvəllüdlü K. Cəfərlinin idarə etdiyi "KamAZ" markalı yük avtomobili 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində VAZ-2106-da olan sürücü və sərnişinlərdən biri ölüb, digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda digər ölən şəxsin kimliyi müəyyənləşdirilir.