İran parlamenti Abbas Əraqçinin XİN rəhbəri vəzifəsinə namizədliyini təsdiqlədi

18
Avq
13:18
thumb_down 0

İran parlamenti Abbas Əraqçinin XİN rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.

Bu barədə "Azad İran" məlumat yayıb.

Məlumata əsasən, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası 14-cü hökumətin təklif etdiyi Abbas Əraqçinin ölkənin xarici işlər naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Xatırladaq ki, Əraqçinin namizədliyi İranın yeni Prezidenti Mahmud Pezeşkian tərəfindən irəli sürülüb.