Xaçmazda avtomobillər toqquşub: Xəsarət alanlar var

18
Avq
19:36
thumb_down 0

Xaçmaz-Niyazabad kənd yolunda minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

APA xəbər verir ki, "Toyota Prado" markalı avtomobil qarşıdan gələn VAZ 2107-yə çırpılıb.

Hadisə zamanı Xaçmaz rayon sakinləri - 1995-cı il təvəllüdlü A.Qurbanova, 1996-cı il təvəllüdlü N.Qurbanova, 1987-ci il təvəllüdlü E.Qurbanov, 2014-cü il təvəllüdlü İ.Qurbanzadə və Bakı sakini 1992-ci il təvəllüdlü L.Hümbətzadə xəsarətlər alıb.

Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.