Kəlbəcərdə yaşayış üçün nəzərdə tutulan çadır yanıb

19
Avq
00:18
thumb_down 0

Kəlbəcər rayonunun Zəylik kəndində yanğın hadisəsi baş verib.

"Report"un məlumatına görə, təsərrüfatla məşğul olan vətəndaşlardan birinə məxsus, yaşayış üçün nəzərdə tutulan çadır yanıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb, lakin çadır və içərisindəki əşyalar tamamilə yanıb.

Hadisənin səbəbi araşdırılır.