ABŞ qırıcı-bombardmançısı Rusiyanın "An-30" təyyarəsinə təhlükəli məsafəyə yaxınlaşıb

19
Avq
00:36
thumb_down 0

ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın F/A-18 qırıcı-bombardmançı təyyarəsi Suriya səmasında Rusiya Aerokosmik Qüvvələrinə məxsus "An-30" təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.

seher.media-ın məlumatına görə, bu barədə TASS agentliyi xəbər yayıb.

Məlumata əsasən, Homs əyalətinin Əl-Tanf rayonu üzərində, 6 700 metr yüksəklikdə, F/A-18 koalisiyaya məxsus qırıcı-bombardmançı təyyarənin təhlükəli yaxınlaşması baş verib.

Qeyd olunur ki, rusiyalı ekipaj toqquşmanın qarşısını almaq üçün dərhal lazımi tədbirləri həyata keçirib.