Aydan göndərilən yüklər Yerə atılacaq

19
Avq
03:18
thumb_down 0

Çin alimləri Aydan yük göndərmək məqsədilə 18 milyard dollar dəyərində bir maqnit qurğu hazırlayıblar.

seher.media TASS-a istinadən xəbər verir ki, bu cihaz maqnit levitasiya texnologiyasına əsaslanır və iş prinsipi çəkic atma idmanına bənzəyir. Qurğu içərisində yüklərin olduğu kapsulu fırladaraq Yerə atacaq.

Ay səthinin yüksək vakuum dərəcəsi və aşağı cazibə qüvvəsi bu cihaza hər gün yüklə dolu iki kapsulu Yerə atmağa imkan verəcək. Hər yük atışının qiyməti mövcud çatdırılma üsullarının yalnız 10%-ni təşkil edəcək.