Beyləqanda su kanalında batan uşağın kimliyi məlum oldu

19
Avq
16:36
thumb_down 0

Beyləqanda su kanalında batan uşağın kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, su kanalında batan uşağın 2015-ci il təvəllüdlü Yeni Mil qəsəbəsi sakini Əhməd Cahid oğlu İbrahimov olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar davam etdirilir.

Baş Mil kanalının Beyləqan rayonu, Yeni Mil qəsəbəsindən keçən hissəsində uşaq batıb.

seher.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.