Mingəçevirdə dərin dərədə köməksiz qalan şəxs xilas edilib

19
Avq
17:36
thumb_down 0

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu yaşayış massivinin ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

seher.media FHN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal nazirliyin Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1964-cü il təvəllüdlü Raqif Nofəl oğlu Kərimov dərinliyi təxminən 7 metr olan dərədə köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi ləvazimatların köməyi ilə vətəndaşı dərədən çıxararaq xilas ediblər.

Mingəçevirdə dərin dərədə köməksiz qalan şəxs xilas edilib

Mingəçevirdə dərin dərədə köməksiz qalan şəxs xilas edilib