İranda hicaba görə güllələnən gənc qadının xəstəxanadan görüntüləri yayıldı

19
Avq
18:18
thumb_down 0

İranın Mazandaran əyalətində hicab qaydalarına görə repressiv polis qüvvələri tərəfindən güllələnən gənc qadın Arzu Bədrinin xəstəxanadan görüntüləri yayılıb.

Bu barədə seher.media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Görüntülər onun ağır vəziyyətdə olduğunu göstərir.

Məlumata görə, təhlükəsizlik qüvvələri Arzu Bədriyə təzyiq göstərərək ondan məcburi etiraf almağa çalışıblar.

Xatırladaq ki, 30 yaşlı Arzu Bədri ötən ay Mazandaran əyalətinin Nur şəhərində avtomobilində olarkən güllələnib.