Bu gün ilin ilk Super Ayı müşahidə olunacaq

19
Avq
22:18
thumb_down 0

İlin ilk Super Ay hadisəsi bu gecə, avqustun 19-u saat 22:26-da baş verəcək.

seher.media xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bu hadisə zamanı Ay 14 faiz daha böyük və 30 faiz daha parlaq görünəcək. Ay 19:41-dən səhər saatlarına qədər görünəcək.

Budəfəki Super Ay "Mavi Super Ay" adlanır. Alimlərin sözlərinə görə, ayın mavi çaldan görünməsi çox nadir hallarda vulkan püskürməsi zamanı yaranmış toz səbəbindən baş verə bilər. Hazırda isə bu ad, simvolik olaraq fəsli və aylıq Super Ayı ifadə etmək üçün istifadə olunur.

Qeyd edək ki, ilin sonuna qədər 18 sentyabr, 17 oktyabr və 15 noyabr tarixlərində daha üç Super Ay müşahidə ediləcək.

Bu gün ilin ilk Super Ayı müşahidə olunacaq.

seher.media xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Super Ay adlandırılan bu hadisə zamanı Ay 14% böyük və 30% parlaq görünür. Bu gün Ay saat 19:41-də doğacaq və səhər saatlarınadək görünəcək ki, bu zaman Yerlə Ay arasındakı məsafə 361 969 km olacaq.

Qeyd edək ki, ilin sonunadək 18 sentyabr, 17 oktyabr və 15 noyabrda daha 3 Super Ay müşahidə olunacaq.