Kamala Harris Trampla debata çıxmaqdan imtina edib

20
Avq
09:18
thumb_down 0

ABŞ-nin vitse-prezidenti Kamala Harris sentyabrın 4-də keçirilməsi planlaşdırılan seçki debatında iştirakdan imtina edib.

seher.media xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp çıxış edib.

D.Tramp bildirib ki, debatın "Fox News" televiziyasında keçirilməsi nəzərdə tutulmuşdu, lakin Kamala Harris son anda debata gəlməkdən imtina edib.

D.Tramp əlavə edib ki, debat əvəzinə, eyni tarixdə "Fox News"da seçicilərin suallarını özü cavablandıracaq.