Bakıda bataqlıqda batma təhlükəsində olan şəxs xilas edildi

20
Avq
11:54
thumb_down 0

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində bir nəfərin bataqlıqda batmaq təhlükəsində qalması barədə məlumatlar daxil olub.

seher.media FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Bülbülə qəsəbəsindəki bataqlıqda batma təhlükəsində olan bir nəfər xilas edilib.