Milyonçu Linç və "Morgan Stanley"nin rəhbəri İtaliyada yaxta qəzası nəticəsində itkin düşüblər

20
Avq
13:18
thumb_down 0

İtaliyanın Palermo sahillərində "Bayesian" superyaxtasının batması nəticəsində itkin düşənlər arasında "Morgan Stanley International"ın rəhbəri Conatan Blumer də var.

seher.media bu barədə "The Telegraph"a istinadən xəbər verir.

"Məlum olub ki, "Morgan Stanley International" şirkətinin rəhbəri Conatan Blumer batmış yaxtada itkin düşənlər arasındadır.

Blumer multimilyonçu Mayk Linçin yaxın dostudur. Qeyd edək ki, bundan əvvəl verilən xəbərdə Maykl Linçin də itkin düşdüyü bildirilmişdi. Ondan başqa, Linçin 18 yaşlı qızı Anna və "Clifford Chance" şirkətinin vəkili Kris Morvillonun da itkin düşənlər arasındadır.

Qeyd edək ki, "Bayesian" superyaxtası İtaliyanın cənubundakı Palermo sahillərində tornado ilə müşayiət olunan qasırğa zamanı , bir nəfər ölüb, altı nəfər itkin düşüb.

Batmış yaxta 57 m dərinliyə düşüb. İtkin düşənlər, çox güman ki, gəminin kabinələrində olublar və içəridə ilişib qalıblar.

Qeyd edək ki, Mayk Linç Kembric Universitetində apardığı araşdırmalara əsaslanan proqram təminatını inkişaf etdirən "Autonomy" firmasının yaradıcısıdır. Biznesmeni "britaniyalı Bill Qeyts" adlandırırlar.

Conatan Blumer

Mayk Linç