İsmayıllıda ağır qəza: Ölən və xəsarət alan var

20
Avq
15:54
thumb_down 0

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə İsmayıllı rayon mərkəzinin H.Əliyev prospektində qeydə alınıb.

Məlumata görə, BMW və VAZ-2106 markalı avtomobillər toqquşub. Nəticədə VAZ-ın sürücüsü Məhəmməd Abdul oğlu Rəhimov hadisə yerində ölüb.

BMW-nin sürücüsü Elməddin Məmmədli isə ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.