Abşeron rayonunda ölüm saçan sürücünün kimliyi məlum oldu

20
Avq
18:00
thumb_down 0

"Abşeron rayonu Saray qəsəbəsi ərazisində əks yola çıxaraq hərəkət iştirakçılarına təhlükə yaradan nəqliyyat vasitəsinin sürücüsünün kimliyi müəyyən olunub".

Bunu seher.media-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

O qeyd edib ki, hadisə Saray qəsəbəsi, Novruz Aslanov küçəsində qeydə alınıb.

"Sumqayıt şəhər sakini, 77-PZ-658 dövlət qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü İsaq Elman oğlu Əliyev müvafiq nişanlanma xətlərinin tələbini pozaraq idarə etdiyi nəqliyyat vasitəsini, tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək hərəkət etdiyinə görə, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılıb. Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü-ci maddəsinə əsasən 150 manat, 4 bal məbləğində cərimə olunub. O, yaşadığı evə yaxın ərazidə qayda pozduğunu etiraf edib və etdiyi hərəkətdən peşman olduğunu bildirib", - deyə idarə rəsmisi bildirilib.

"Saray qəsəbəsində qarşı yola keçərək təhlükəli vəziyyət yaradan sürücü axtarılır".

Bunu seher.media-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

"Videogörüntüdən xəbərdarıq. Sürücünün müəyyən edilib inzibati məsuliyyətə cəlb edilməsi üçün tərəfimizdən tədbirlər görülür", - deyə idarə rəsmisi bildirib.

Abşeron rayonu, Saray qəsəbəsində qarşı yola keçən sürücü təhlükəli vəziyyət yaradıb.

seher.media xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Görüntüdən məlum olur ki, qəfildən qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxan "AzSamand" markalı nəqliyyat vasitəsinin sürücüsü həm özünün, həm də başqalarının həyatını riskə atıb.

Əzizə İsmayılova