Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

20
Avq
23:18
thumb_down 0

Sabah Bakının bir sıra küçələrində və Xırdalan şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

seher.media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, 21.08.2024-cü il tarixində saat 10:00-dan etibarən Nizami rayonu, Elşən Süleymanov küçəsində 1 ədəd siyirtmənin quraşdırılması, saat 09:00-dan isə "Masazır" QPS-in yüksəktəzyiqli qəbul magistral qaz xətti üzərində quraşdırılmış 2 (iki) ədəd filtr-separatorların demontaj edilərək "Xaşa-Xuna" QPS-in qəbul qaz xətti üzərində quraşdırılması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Nizami rayonu üzrə E.Süleymanov, C.Naxçıvanskı, B.Nuruyev küçələrinin və Babək prospektinin, Abşeron rayonu üzrə isə Xırdalan şəhərinin və AAF Park Yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.