Britaniyada yeni sikkə dövriyyəyə buraxıldı

21
Avq
08:36
thumb_down 0

Böyük Britaniyada üzərində Kral III Çarlzın portreti olan 1 funt sterlinqlik sikkə dövriyyəyə buraxılıb.

seher.media-ın xəbərinə görə, bu barədə Böyük Britaniyanın Kral Zərbxanası rəsmi saytında məlumat verilib.

Bildirilib ki, 1 funt sterlinqlik 2,975 milyon sikkə artıq ölkə üzrə bank filiallarına göndərilib.

Xatırladaq ki, daha əvvəl üzərində kralın portreti olan 50 pens dəyərində sikkələr dövriyyəyə buraxılmışdı.

III Çarlz 2022-ci il sentyabrın 8-də II Elizabetin ölümündən sonra Britaniya taxtına oturub. Monarxın tacqoyma mərasimi 6 may 2023-cü ildə Londondakı Vestminster abbatlığında baş tutub.